O, Ermənistan tərəfdən kimin gələcəyinin son anda məlum olacağını qeyd edib: “Hamının zəhləsini tökmüş erməni hökuməti bu tədbirdə iştirak etməklə dünyaya ermənilərinin sülhsevər bir xalq olduğunu, Azərbaycanla barışıq üçün dəridən-qabıqdan çıxdıqlarını göstərmək üçün gələcəklər. Ermənistan rəhbərliyindən kimin Bakıya gələcəyi son məqamda bəlli olacaq. Şübhə etmirəm ki, Bakıya daha çox Nikol Paşinyan özü gəlmək istəyir. Paşinyanın Azərbaycanla körpülər yaratmaq üçün bu fürsəti əldən verəcəyinə inanmıram. İnandığım budur ki, COP29-da iştirak üçün o özü Bakıya gələcək”. Sabiq nazir deyib ki, Azərbaycan rəhbərliyi ilə ünsiyyət yaratmaq bu gün Ermənistana hava-su kimi lazımdır:
“Əgər Ermənistanın baş naziri və digər rəsmiləri Azərbaycandan qaz almaq haqqında düşünürlərsə, deməli, ilk öncə Azərbaycan hökuməti ilə aralarında körpü yartmalıdırlar. Körpü yaratmağın bir vasitəsi də COP29 ola bilər. Yaşayarıq, görərik… Hesab edirəm ki, Nikol Paşinyan utanmadan, çəkinmədən İlham Əliyevin ayağına gələcək. Bu adam dünən dediyini bu gün tam təkzib edə bilirsə, ona qalib ölkəyə səfər etmək də o qədər çətin olmaz”.
- kanalımız