ABŞ-nin Nyu Meksiko Texnologiya İnstitutunun alimləri qeyri-adi bir layihə ilə çıxış ediblər: təbiəti izləmək üçün ördək və göyərçin dronları hazırlayırlar!
Avtosfer.az “Musavat.com”a istinadən xəbər verir ki, xüsusi olaraq ölmüş quşların təbii bədən quruluşundan istifadə edilərək hazırlanan bu dronlar ətraf mühitlə tam uyğunlaşa bilir və vəhşi təbiətə qarışaraq izləmə işlərini həyata keçirir.
Layihənin rəhbərləri bildirirlər ki, bu dronlar quşların təbii uçuş modelini və davranışını təqlid edir. Maraqlısı odur ki, alimlər heyvanları bu məqsədlə öldürmürlər, sadəcə taksidermistlərlə əməkdaşlıq edərək bazarda tapılan quş müqəvvaları və lələklərini istifadə edirlər. Bu “canlı” dronların vəhşi təbiətə necə təsir edəcəyi isə maraqla gözlənilir!