Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.
Bu barədə Rusiya DİN-in nümayəndəsi İrina Volk Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, müəyyən edilmiş halların yoxlanılması və nikahların məhkəmə qaydasında etibarsız hesab edilməsinə başlamaq üçün materiallar prokurorluğa göndərilir.
Nazirlik qanunun xarici vətəndaşlara miqrasiya statusu almaq üçün qondarma nikahdan və atalıqdan istifadə hallarının aradan qaldırılmasına yönəlmiş müddəalarını həyata keçirməyə hazırdır.
Qeyd edək ki, qanun 25 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcək.