AZ

Ankarada Zəfər Gününə həsr olunmuş “Salam, Türkün Bayrağına” adlı təntənəli tədbir keçirilib

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Salam, Türkün Bayrağına” adlı təntənəli tədbir keçirilib.

“Report”un Ankara bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, təhsil naziri Yusuf Tekin, səhiyyə naziri Kemal Memişoğlu, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyası nəzdində yaradılmış Əhməd Cavad İnstitutunun sədri Ruhi Ərsoy, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədri Sultan Raev, digər tanınmış simalar, Azərbaycan və Türkiyə ictimaiyyəti iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vətən müharibəsində qardaş ölkənin dəstəyini vurğulayıb.

TÜRKSOY-un baş katibi Sultan Raev bu Zəfərin sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq qələbəsi olduğunu deyib.

MHP sədrinin müavini və Əhməd Cavad İnstitutunun direktoru Ruhi Ərsoy Azərbaycan-Türkiyə əlaqələrinin köklü bir tarixə malik olduğunu bildirib.

Tədbirin bədii hissəsində Türk dövlətlərinin tanınmış mədəniyyət xadimləri, o cümlədən Azərbaycanın Xalq artisti Azər Zeynalov çıxış edib.

Tədbir çərçivəsində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr olunmuş sərginin açılışı da baş tutub.

Seçilən
8
1
far.az

2Mənbələr