AZ

Karasin Moskva ilə Bakı arasında münasibətlərin yüksəlişdə olduğunu deyib

Rusiyalı senatorlar Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında yaxınlaşmanın tərəfdarıdırlar.

Musavat.com-un xəbərinə görə, bunu Regionlar Palatasında Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündən sonra Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin vurğulayıb.

Bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti də məlumat yayıb. Karasinin sözlərinə görə, bu, ümumi məkanımızda təhlükəsizliyin, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edir. Bundan əlavə, Federasiya Şurası Bakının çoxtərəfli birliklərlə, o cümlədən BRİKS və ŞƏT ilə əlaqələri genişləndirmək istəyini dəstəkləyir. Karasin Moskva ilə Bakı arasında münasibətlərin hazırda yüksəlişdə olduğuna da diqqət çəkib. “Əməkdaşlığımızda əsas şey qarşılıqlı etimaddır”, – Karasin vurğulayıb, “Parlamentskaya qazeta”nın yazısında bildirilir.

Sözügedən materialı erməni mediası şərhsiz manşetlərdən yayıb.

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr