AZ

Daxiliyanma mühərriklərindən XXII əsrdə də istifadə ediləcək – PROQNOZ  

Avropa 2035-ci ildə minik avtomobillərində daxiliyanma mühərriklərindən qurtulmaq istəsə də, planetin digər ərazilərində fərqli düşünənlər də az deyil. 

Avtosfer.az xəbər verir ki, praqmatik yaponlar 19-cu əsrin icadı olan daxiliyanma mühərriklərinin hələ uzun müddət bəşəriyyətə xidmət edəcəyi qənaətindədirlər. Tokio Universitetinin araşdırmasına görə, bu texnika hələ azı yüz il istifadə ediləcək. 
Universitet əməkdaşlarının fikrincə, daxiliyanma mühərriklərinin istehsalı ucuz başa gəlir və praktikdir. Dünyada kütləvi elektrikləşmə təxminən 100 il əvvəl başlasa da, bu, hələ ki, bir çox xalq üçün əlçatan deyil. Buna görə də, yaxın 30-40 il ərzində daxiliyanma mühərriklərinin bütövlükdə muzey eksponatına çevriləcəyini düşünmək yanlışdır. Digər tərəfdən, bu qurğular daim təkmilləşdirilir.
Qeyd edək ki, oxşar açıqlama ilə 2 ay əvvəl Toyota rəhbərliyi də çıxış edib. Şirkət istilik mühərrikli avtomobillərin yaxın onilliklərdə bəşəriyyətə xidmət edəcəyini bildirib.

Vüqar

Seçilən
36
avtosfer.az

1Mənbələr