I Liqanın debütantı “Baku Sportinq”də gərginlik günbəgün artmaqdadır.
İdman.biz xəbər verir ki, artıq Elman Sultanovla futbolçular arasında münasibətlər pozulub.
Buna səbəb baş məşqçinin kobud davranış tərzidir. Buzovna təmsilçisində ikinci mövsümünü keçirən mütəxəssis növbəti dəfə oyunçulara “dişinin dibindən çıxanı” deyib. Hadisə paltardəyişmə otağında baş verib.
Sultanov burada 2-3 nəfəri çox pis formada təhqir edib. Onlar da çalışdırıcıya o formada cavab qaytarıb (sportinfo.az).
İdman.biz