AZ

Ançelotti yorulub - "Maldiv adalarına getmək istəyirəm"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti hələ karyerasını bitirmək fikrində olmasa da, təqaüdə çıxdıqdan sonrakı planlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, italiyalı məşqçi "Lequipe"-ə verdiyi müsahibədə belə deyib:

“Təqaüdə çıxdığım gün əla gün olacaq. Argentinaya, Maldiv adalarına, Avstraliyaya getmək istəyirəm. Çoxlu səyahət etməyi planlaşdırıram. Təqaüdə çıxmazdan əvvəl isə yeni formatda keçirilən Çempionlar Liqasını qazanmaq istərdim. Mən həmişə qarşıma ən yüksək hədəflər qoyan məşqçiyəm”.

Ançelotti həmçinin, karyerasını Madriddə bitirməyi planlaşdırdığını deyib.

Xatırladaq ki, 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edən mütəxəssis  2021-ci ildə yenidən “Real”ın “sükanı arxası”na keçib və komandanı La Liqada 200-dən çox matça çıxarıb. Ançelottinin klubla müqaviləsi 2026-cı ilədək nəzərdə tutulub. 

Ançelotti Madrid klubundan əvvəl "Parma", “Yuventus”, “Milan”, “Çelsi”, “Bayern”, “Everton” və PSJ kimi klubları da çalışdırıb. O, məşqçi kimi karyerasında 5 dəfə Çempionlar Liqasının qalibi olub.

Mirağa

Seçilən
47
fanat.az

1Mənbələr