AZ

Yaponiyanın avtomobil istehsalçısı 9 min işçini ixtisar etməyi planlaşdırır

Nissan Motorun səhmləri, cümə günü Tokioda 6% ucuzlaşıb.

“Audi” şirkəti 4 500 işçisini ixtisar edəcək

FED.az xəbər verir ki, bu düşüş, Yaponiya avtomobil istehsalçısının 9,000 iş yerini və istehsal gücünün beşdə birini ixtisar edəcəyini elan etməsindən sonra baş verib. Şirkət, Çin və ABŞ bazarlarında satış çətinlikləri ilə üzləşir.

Nissan, 2024-cü maliyyə ilində fəaliyyət gəlirlərinin proqnozunu 70% azaltdığını bildirib və restrukturizasiyanın xərc azaldaraq 400 milyard yenə qənaət etməyi hədəflədiyini qeyd edib. Şirkət, xüsusilə Çində BYD kimi yerli rəqiblərin sərfəli elektrikli və hibrid avtomobillərlə bazarda üstünlük qazandığını vurğulayıb.

ABŞ-da isə Nissan, hibrid modellərə artan tələbatı qarşılamaqda çətinlik çəkir. Şirkətin baş direktoru Makoto Uchida, hibridlərə tələbatın qəfil artacağını öncədən gözləmədiklərini etiraf edib.

Bu restrukturizasiya, Nissan-ın işini dirçəltmək üçün atdığı son addımlardan biridir. Şirkət, keçmiş rəhbər Karlos Qonun 2018-ci ildə vəzifədən uzaqlaşdırılmasından sonra tam bərpa ola bilməyib.

Seçilən
57
fed.az

1Mənbələr