AZ

Zelenski bu təklifimi rədd etdi - Orban detalları açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenskini vaxtın Kiyevin tərəfində olmadığına inandırmağa çalışdım və barışığın təşkilinə kömək təklif etdim, lakin o, rədd etdi.

Axar.az xəbər verir ki, bu sözləri Budapeştdə AB sammitindən sonra keçirilən mətbuat konfransında Macarıstan Baş naziri Viktor Orban deyib.

“Mən Kiyevə ukraynalılara təzyiq yox, kömək təklif etmək üçün getmişdim. Prezident Zelenskiyə dedim: “Vaxt sizin tərəfinizdə deyil, mən sülhə kömək etməyə və məqbul sülhə nail olmağa hazıram”. Lakin Zelenski cavab verdi ki, vaxt onların müttəfiqidir. Bundan sonra mən sadəcə ona təşəkkür etdim və dedim ki, mənim missiyam bitdi”, - Macarıstan lideri bildirib.

O vurğulayıb ki, bacardığını edib, amma heç vaxt ukraynalılara gedəcəkləri yolu diktə etməyə cəsarət etməz:

“Bu, onların ölkəsi, gələcəyi, taleyidir”.

Qeyd edək ki, iyulun əvvəlində Orban bir sıra ölkələrin liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Szinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin Vladimir Zelenski ilə görüşmüşdü. Daha sonra o, vəziyyətin real qiymətləndirilməsinə və əldə edilə bilən məqsədlərə əsaslanan yanaşma təklif edərək, AB liderlərinə münaqişənin həlli planını təqdim etmişdi.

Seçilən
51
2
axar.az

3Mənbələr