AZ

İrandan Trampa qarşı sui-qəsd hazırlamaqda iştirakına dair iddialara REAKSİYA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai ABŞ-nin keçmiş və hazırkı rəsmilərinə sui-qəsd cəhdlərində Tehranın iştirakı ilə bağlı ittihamları qəti şəkildə rədd edib və əsassız adlandırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə qurumun saytında bəyan edilib.
Baqainin sözlərinə görə, belə ittihamlar əvvəllər də irəli sürülüb, lakin Tehran onları rədd edib və yalan olduğunu sübut edib.
"Bu cür bəyanatların hazırkı mərhələdə təkrarlanması sionist və anti-İran dairələri tərəfindən təşkil edilmiş, ABŞ-İran münasibətlərini daha da mürəkkəbləşdirməyə yönəlmiş bədniyyətli bir sui-qəsddir", - deyə Baqai vurğulayıb.
Xatırladaq ki, noyabrın 8-də ABŞ Ədliyyə Nazirliyi ölkənin yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsdi təşkili ittihamı ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü Fərhad Şakeriyə qiyabi ittiham irəli sürüldüyü barədə məlumat yayıb.
Qeyd olunub ki, bu il oktyabrın 7-də Şakeriyə respublikaçı namizədini qətlini planlaşdırmaq tapşırığı verilib. İrəli sürülən ittihamlara əsasən, onu 100 il həbs cəzası gözləyir.
Seçilən
70
50
oxu.az

10Mənbələr