AZ

Üç rəngli şanlı bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir





Üç rəngli şanlı bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün azadlıq, qürur və iftixar mənbəyidir.

Dövlət bayrağımızın şanlı tarixi Azərbaycan Xalq Cumhuriyyətinin adı ilə bağlıdır. Xalqımızın görkəmli mütəfəkkiri Əli bəy Hüseynzadənin müəllifi olduğu müzəffər bayrağımız istiqlal ideologiyamızın üç təməl prinsipini özündə ehtiva edərək milli kimliyimizin əsasını təşkil edir.

Azərbaycan xalqı taleyüklü məsələlərdə doğru seçim etməklə hər zaman öz müdrikliyini nümayiş etdirib. Cənab Prezident İlham Əliyevə olan yüksək etimad və inam bütün uğurlarımızın və qələbələrimizin məntiqidir.

Hər bir Azərbaycan vətəndaşı yaxşı bilirdi ki, müzəffər bayrağımızı dünya siyasi arenasında və işğal olunmuş torpaqlarımızda dalğalandırmaq potensialı yalnız dahi rəhbərimiz Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevdə cəmləşib. Ona görə də dövlət tariximizin ən qürurlu və ən əzəmətli anlarını yaşadığımız bu günlərdə hər bir Azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşməklə növbəti uğurlara doğru inamla addımlayır.

Biz qalib xalqıq və bizim bayrağımız suveren, qüdrətli, məğlubedilməz Azərbaycanın hər bir güşəsində şərəflə dalğalanır.

Əziz soydaşlarım, Dövlət Bayrağı Günümüz mübarək!

Günay Ağamalı

Milli Məclisin deputatı Günay Ağamalı.
Seçilən
38
newscenter.az

1Mənbələr