AZ

Polis meymunları tutmaq üçün axtarışlara başladı

ABŞ-da tibbi araşdırmaların aparıldığı laboratoriyadan 43 meymun qaçıb.

Lent.az-ın xəbərinə görə, polis meymunların yerli əhali üçün təhlükə yaratmadığını bildirib və genişmiqyaslı axtarışlara başlayıb.

Səlahiyyətlilər yerli əhaliyə qapı və pəncərələri bağlı saxlamağı tövsiyə edib.

Meymunların ABŞ-ın Cənubi Karolina ştatında yerləşən “Alpha Genesis” adlı şirkətinə bağlı tədqiqat laboratoriyasından qaçdığı açıqlanıb. Yemassi polisi qaçaq meymunların təxminən 3,2 kq ağırlığında gənc və dişi olduğunu, həmçinin bölgədə tələlərin qurulduğunu, eləcə də meymunların termal kameralarla izləndiyini açıqlayıb.

Yemassi polis rəisi Qreqori Aleksandr mətbuat konfransında bildirib ki, meymunlar yerli sakinlər üçün təhlükə yaratmır.

Seçilən
44
medianews.az

1Mənbələr