Azərbaycanın çimərlik voleybolçularından ibarət millisi təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Alanya şəhərinə yollanıb.
Fanat.Az xəbər verir ki, yığmamız qardaş ölkədə Almaniya, Avstriya və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.
Noyabrın 22-dək davam edəcək hazırlıq prosesinə altı qız, altı oğlan voleybolçu cəlb olunub. Qızlar rusiyalı mütəxəssis İqor Olefirin, oğlanlar isə komandaya yeni cəlb olunan latviyalı Atvars Vildenin rəhbərliyi altında hazırlıq keçəcəklər.