AZ

Deşam İsrail millisi ilə qarşıdakı oyundan danışdı

Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqası çərçivəsində İsrail millisi ilə qarşıdakı oyun haqda danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bunun ən yaxşı həll olub-olmadığını bilmirəm. Bəzən mənə, çox vaxt səhvən, sahib olmadığım səlahiyyətlər həvalə edilir. Buna qərar vermək mənə aid deyil. Federasiya prezidentindən soruşun. Görünür, burada söhbət daha çox nazirlik və hakimiyyət orqanlarına aiddir.

Bu, yaxşı və ya pisdirmi… Hər halda, bu, futbol oyunu olaraq qalmalıdır. Baxmayaraq ki, çox mürəkkəb siyasi məzmun diqqətdən kənarda qalmamalıdır. Bunun yaxşı və ya pis olmasından asılı olmayaraq, qoy hər kəs buna özü qərar versin. Mən bura mühakimə etməyə gəlməmişəm, müvafiq məsələlərdə söz haqqım yoxdur.

Fransa yığmasına çağırılmış futbolçular müəyyən nəslə aiddirlər, mənə gəlincə, mənim sosial şəbəkələrdə səhifəm yoxdur. Həmişə belədir: bəziləri deyirlər ki, oyunçular öz fikirlərini ifadə etməlidirlər, bəziləri isə yox. Onlar bizim ölkənin vətəndaşlarıdır. Onlara nə danışıb-deyə biləcəklərini, nəyi danışa bilməyəcəklərini deməyəcəyəm.

Sadəcə, onların başa düşməsinə imkan yaratmaq gərəkdir ki, bu gün çox həssas mövzular var, bax, belə, olanı budur. Bunu isə hamı başa düşür. Onların öz fikrini bildirmək hüququ var və kimsə bunu edəcək. Hər kəsin öz inancı var. Mənim tərəfimdən və federasiya tərəfindən heç bir qadağa olmayacaq və ola da bilməz. Amma əlbəttə, məzmun çox mürəkkəbdir”, deyə Deşam vurğulayıb.

Xatırladaq ki, UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində Fransa – İsrail oyunu noyabrın 14-də Sen-Denidə, “Stad de Frans” stadinunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

4 turdan sonra Fransa yığması A Liqasının 2-ci qrupunda 9 xalla 2-ci pillədə qərarlaşıb. Xalsız İsrail millisi isə 4-cü yerdə qrup sonuncusudur. A Liqasının 2-ci qrupuna 10 xalla İtaliya yığması başçılıq edir.

Seçilən
63
arena.az

1Mənbələr