AZ

Bayraq: Babalarımızın əmanəti, bizim qürurumuz - Vətən Naminə

">

Bayrağımız göy rəngi ilə türkçülüyü, qırmızı rəngi ilə müasirliyi, yaşıl rəngi ilə isə İslamı təcəssüm etdirərək min illərin tarixini, arzularını və şəhid qanını özündə birləşdirir. Biz bu əmanəti yalnız bir simvol olaraq deyil, qanımız-canımız bahasına qoruyub gələcək nəsillərə ərməğan verməliyik. Bu əmanət, nə qədər ki, vətənini sevən və onun uğrunda şəhid olan oğul və qızlarımız var, xalqımızın ruhunu yaşadacaqdır.

Azərbaycan xalqı tarixin bütün dövrlərində müstəqillik və azadlıq uğrunda mübarizə aparıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bayrağımız bir müddət rəsmi olaraq endirilmiş olsa da, o, ata-babalarımızın və hər bir azərbaycanlının könlündə, ürəyində dalğalanmağa davam edib. Bayraq yalnız bir parça deyil; o, xalqın mənəvi qüdrətinin və tarix boyu əldə etdiyi bütün qələbələrin təcəssümüdür.

Azərbaycan xalqı üçün şəhidlik bir vəzifə, bir amal, hətta bir arzu olub. Şəhidlik bizim üçün yalnız bir itki deyil, həm də mənəvi zənginlik, cənnətə açılan qapıdır. Bu səbəbdən, hər zaman ölümün üstünə getməyi, vətənin bütövlüyü və azadlığı uğrunda can verməyi müqəddəs bilmişik. Vətənimiz üçün qurban olmaq, Azərbaycan xalqının şərəfinə xidmət etmək deməkdir.

Tarix boyu düşmənlərimiz xalqımızın məhv edilməsi üçün saysız-hesabsız yollar sınayıb, amma Azərbaycan xalqının kökü bu torpağın dərinliyinə, ruhu isə dağların zirvəsinə qədər gedir. Bu xalqın qol-budaqlarını kəssələr belə, kökü daima bərk qalacaq, daha da möhkəmlənəcək. Bizim azadlıq, müstəqillik uğrunda mübarizəmiz tarix boyu davam etmiş və yenə də davam edəcəkdir.

Azərbaycan bayrağı xalqımızın şərəfidir və ona əl uzadan hər kəs xalqımızın haqq mübarizəsinin önündə dayanmalı və bu yolda qanını tökməlidir. Bəşərin yaranışından bəri xeyir ilə şər arasındakı mübarizə heç vaxt dayanmayıb. Lakin tarix göstərir ki, hər zaman xeyir qalib gəlir. 2020-ci il Vətən müharibəsində də biz bu həqiqəti bir daha təsdiq etdik. Azərbaycan ordusu, xalqının arzusunu həyata keçirərək qalib gəldi, bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandırdı.

Bu gün Azərbaycan xalqı bayramını qürurla qeyd edir, qalibiyyətin sevincini yaşayır. Hər bir azərbaycanlı üçün bu bayraq müstəqilliyin, azadlığın və qəhrəmanlığın simvoludur. Gələcək nəsillərə çatdırılacaq bu müqəddəs əmanət, tariximizin, dəyərlərimizin və şərəfimizin daşıyıcısı olacaqdır.

Bayrağımız və Müstəqilliyimiz Mübarək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
113
2
vetennamine.az

10Mənbələr