AZ

Balıqçılar Avstraliya sahillərində 19 saat okeanda qalan şəxsi xilas ediblər

.

Avstraliya sahillərində iki balıqçı tərəfindən təsadüfən aşkarlanan bir adam 235 metrlik "Double Delight" yük gəmisindən dənizə yıxılıb və 19 saat okeanda qalıb. Cümə günü günortadan sonra balıqçılar onu sahildən 5 kilometr aralıda o aşkar ediblər. Dərhal köməyə gedən balıqçılar həmin şəxsi xilas ediblər.

Balıqçılardan biri, Qlen Valera bildirib ki, xilas edilən təxminən 20 yaşlı və Vyetnam vətəndaşıdır. Onu dənizdə ölümdən geydiyi xilasedici jilet xilas edib.

" Bu adamla rastlaşmağımız sadəcə bir möcüzə idi. O taqətdən düşmüşdü, soyuqdan əsirdi, nəbzi zəif vururdu",- deyə Valera bildirib.

Xilas edilən şəxs xəstəxanaya aparılıb və tibbiyardım göstərildikdən sonra ailəsinə təhvil verilib.

Oxuməni.az

Seçilən
33
oxumeni.az

1Mənbələr