AZ

Alman siyasətçi Büyükbayram nasist kuklası ilə fotosuna görə istefa verib

Almaniya Xristian Demokrat Birliyinin üzvü Bülent Büyükbayram sosial şəbəkədə nasist simvolları olan kuklasının fotosunu paylaşaraq 50 illik yubileyində etdiyi zarafatdan sonra istefa verməli olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyasətçi oktyabrın 26-da sosial şəbəkələrdə bir neçə yüz nəfərin daxil olduğu qapalı qrupda ad günü ilə bağlı şənlikdən foto yayıb. Fotoda qara köynək geyinmiş kuklanın başında “F...k St. Pauli” (Almaniyada futbol klubu) yazısı və nasist hərbi birləşmələrinin istifadə etdiyi simvol şəklində SS hərfləri əks olunub.

Böyükbayramın bu hərəkəti tənqid olunub və bu səbəbdən o, futbol klubundan açıq şəkildə üzr istəməli olub. Siyasətçi özü hərəkətini axmaqlıq və səhv adlandırıb.

Bundan əvvəl xəbər yayılmışdı ki, Almaniya Müdafiə Nazirliyi öz hərbi qəhrəmanlarının siyahısını Vermaxt zabitləri də daxil olmaqla genişləndirmək istəyir. Bu zabitlərdən bəzilərinin Milli Sosialist Fəhlə Partiyası (NSDAP) və SS ilə əlaqələri olub.

Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr