AZ

Azərbaycan taekvondoçuları Avropa birinciliyini dörd medalla başa vurublar

Bakı. Trend:

Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tirana şəhərindətaekvondo üzrə keçirilən yeniyetmələr arasında Avropabirinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızınaktivinə daha iki medal əlavə ediblər.

Azərbaycan Taekvondo Federasiyasınından Trend-ə verilən məlumatagörə, Taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqibləriniüstələyərək Avropa çempionu adını qazanıb.

Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahibçıxıb.

Xatırladaq ki, yarışın ilk iki günündə taekvondoçularımız GülayƏliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiqgörülmüşdülər.

Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışda Azərbaycanın oğlanlardan ibarət komandasıümumi hesabda üçüncü pillədə qərarlaşıb.

Məqalədə:
Seçilən
49
5
az.trend.az

10Mənbələr