İtaliya mətbuatı onun futbolçu kimi əfsanəsi olduğu ''Roma''nın başına keçə biləcəyini iddia edib. Montella əslində bu söz-söhbətlərin yayılmasına görə özü günahkardı. O bu günlərdə İtaliya mətbuatına verdiyi müsahibə zamanı ''Roma''dan təklif alsaz, nə edərsiz'' sualına belə cavab vermişdi:
''Türkiyədə xoşbəxtəm, amma belə bir təklif məni çətin duruma salar. Karyeramın böyük hissəsini keçirdiyim və qəlbimdə xüsusi yerə malik olan bir klubdan danışırıq. Belə vəziyyətdə hər kəs necə davranardısa, mən də o cür addım atardım''.
50 yaşlı italiyalı mütəxəssisin bu sözlərindən sonra ''Roma''nın ona maraq göstərməsi barədə iddialar ortaya atılıb. Montella mövsümün sonunda ''Roma'' ilə danışıqlara başlaya bilər. Ondan sonra Türkiyə Futbol Federasiyasına ayrılmaq istədiyini bildirə bilər. 2023-dən bu vəzifəni icra edən italiyalı mütəxəssisin TFF ilə 2026-ya qədər müqaviləsi var. ''Ay-ulduzlular'' bu məşqçi ilə AÇ-2024-də 1/4 finala qədər irəliləyiblər.
Eyni zamanda komanda Millətlər Liqasında da öz qrupunu lider kimi tamamlamağa yaxındı. Montella 1999-2009-cu illərdə ''Roma''da top qovub.
ƏLİ