AZ

Novruz Əliyev Avropa çempionu oldu

Azərbaycanın yeniyetmə taekvondoçusu Novruz Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyinin qalibi olub.

Arena.az xəbər verir ki, noyabrın 7-də start götürmüş Avropa birinciliyinə ötən gün – ayın 9-da yekun vurulub.

Avropa birinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızın aktivinə daha iki medal əlavə ediblər. Taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.

Millimizin digər üzvü Anar Abdullazadə (37 kq) isə gümüş medala sahib çıxıb.

Xatırladaq ki, yarışın ilk iki günündə digər taekvondoçularımızdan Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiq görülmüşdülər.

Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, yeniyetmələr arasında Avropa birinciliyində Azərbaycanı oğlanlar arasında 11, qızlar arasında 7 taekvondoçu təmsil edib. Yarışda Çoşqun Nadirov da ölkəmizi hakim kimi təmsil edib.

Yeri gəlmişkən, bu gün Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə kiçik yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək. Yarışda ölkəmizi oğlanlar arasında 6, qızlar arasında 4 taekvondoçu təmsil edəcək.

Seçilən
63
8
arena.az

10Mənbələr