İraq öz hava məkanından İrana zərbələr endirilməsinə qarşıdır
İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Araci bildirib ki, Bağdad İraqın hava məkanından İrana və ya regionun hər hansı digər ölkəsinə zərbələr endirilməsinə qəti şəkildə qarşıdır.
Yeniavaz.com "Mehr" agentliyinə istinadən xəbər verir ki, əl-Araci İranın Bağdaddakı hərbi attaşesi, general-mayor Məcid Qalipur ilə görüşdə İraqın mövqeyini təkrarlayıb.