AZ

Rusiya ordusu hərəkətə keçdi: Yeni ərazi işğal edildi

Rusiya ordusu Donetsk vilayətinin Volçenka yaşayış məntəqəsini ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Son günlər Rusiya-Ukrayna müharibəsində rəsmi Moskvanın aktivliyi, hərbi baxımdan irəliləməsi müşahidə edilir. Ekspertlər iddia edir ki, Rusiya Donald Trampın prezident seçilməsi fonunda uzlaşmanın əldə ediləcəyinə inanır. Buna görə də danışıqlara başlamadan maksimum çox ərazini işğal etmək istəyir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində Rusiyanın cəbhədə irəliləməsi gözlənilən idi:

“Çünki Ukraynanın imkanları getdikcə tükənir. Təsadüfi deyil ki, Ukraynanın Kurskda başlatdığı əməliyyat da uğursuz oldu. Şimali Koreyanın müharibəyə qoşulması da vəziyyətin Rusiyanın xeyrinə dəyişməsinə kömək olur.

İndiki durumun ABŞ-da prezident seçkilərinin nəticəsi ilə bağlı olduğunu düşünmürəm. Çünki seçkilər təzə başa çatıb. Üstəgəl, hələ ki, hakimiyyətdə Baydendir. Amma rəsmi andiçmədən sonra Ukraynanın işi daha da çətinləşə bilər. Tramp Ukraynaya dəstəyi azalda və Kiyevi sülhə məcbur edə bilər”.

Seçilən
57
turkustan.az

1Mənbələr