AZ

Sabah Bakıda COP29 başlayır

Bazar ertəsi Bakıda BMT-nin İqlim Dəyişiklikləri konfransı - COP29 başlayır.

Bir çox ölkə prezidenti və ya baş nazirinin rəhbərliyi ilə nümayəndə heyətləri artıq Azərbaycana gəlməyə başlayıb.

Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir.

Tədbirdə iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib, Azərtac yazıb.

COP29-a görə Azərbaycanda məktəblər üçün iki həftəlik tətil elan edilib, ali təhsil müəssisələri distant təhsilə keçirilib.

Bakıda bir çox ictimai nəqliyyat olaraq avtobusların marşrutları dəyişdirilib, şəhərin bəzi yerlərində, o cümlədən paytaxta giriş məhdudlaşdırılıb.

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (ingiliscə COP-"Conference of the Parties)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda, Olimpiya stadionunda keçiriləcək.

Bundan əvvəlki tədbir - COP28 keçən il Dubayda keçirilib.

Bir neçə ildir ki, dünya ölkələri dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmağa çalışırlar və bunu COP adlanan illik konfransda növbəti addımları müzakirə edirlər.

Seçilən
91
bbc.com

1Mənbələr