AZ

"GERÇƏK TERRORİST SİZSİNİZ" Belçika parlamentində İsrailə ağır ittihamlar + VİDEO

"Ordunuzun bu bir neçə ayda öldürdüyü uşaqların sayı dünya miqyasında son bir ildə öldürülən uşaqların sayına bərabərdir. Bu hadisəni qanuniləşdirmək üçün buraya gəlmisiniz?".

"AzPolitika" xəbər verir ki, bunu Belçika parlamentinin üzvü Nabil Bukili Brüsseldəki İsrail səfiri İdit Rosenzvayq-Abunun qaçqın düşərgələrində əsir saxlanılan fələstinliləri “terrorçu” adlandırmasına parlamentdə münasibət bildirərkən deyib.

Rosenzvayq-Abunun Qəzzadakı soyqrım siyasətini qanuniləşdirən açıqlamalarından sonra Bukili İsrail ordusunu "müstəmləkə ordusu" adlandırıb və səfirə bu sulları ünvanlayıb: "Onların Fələstin və Livan xalqlarına etdiklərini müdafiə etməyə necə cəsarət edirsən! Müharibə və insanlığa qarşı cinayətlərinizə necə haqq qazandırıb qanuniləşdirə bilirsən? Buna necə cəsarət edirsiniz? Xanım səfir, bu vəhşiliyi qanuniləşdirmək istəyirsiniz?".

Daha sonra sosial mediada işğal etdikləri Qəzzada fələstinli ailələrin paltarlarını geyinərək, onları ələ salan İsrail ordusunun əsgərləri haqqında danışan belçikalı millət vəkili sözlərinə belə davam edib: "Dünyanın ən əxlaqlı ordusu dediyiniz əsgərlər "TikTok"da ölən qadının paltarını hərbi qənimət kimi, geyinərək qürurla bunu nümayiş etdirirlər. Ancaq öz etiraflarına görə, bu qənimətlər qadın və uşaqları öldürməklə əldə edilib. Bu, dünyanın ən əxlaqlı ordusudurmu? Bu insanların hüquqları var. Onların yaşamaq, azadlıq, müstəqillik haqqı var. Siz bu hüquqlara qarşı mübarizə aparırsınız. Etnik təmizləmə və soyqırım edirsiniz. Terrorla müharibə bəhanəsi altında bölgədəki gerçək terrorist sizsiniz”.

"AzPolitika.info"

Seçilən
91
azpolitika.info

1Mənbələr