AZ

Britaniya səfirindən COP29 ilə bağlı PAYLAŞIM

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld X sosial media şəbəkəsində COP29 ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, səfir paylaşımında sabah dünyanın ən böyük iqlim konfransı - COP29-un başlayacağını deyib:

“Dünyanın ən böyük iqlim konfransı COP29 sabah başlayır. Geri sayım sona çatdı. Hərəkətə keçməyin vaxtıdır!”,- deyə səfir paylaşımında bildirib.

Səfir deyib ki, növbəti iki həftə ərzində bütün dünyanın gözü Bakıda olacaq:

“Böyük Britaniya hökuməti istixana qazlarının azaldılmasını dəstəkləmək, iqlim maliyyəsini ən çox ehtiyacı olanlara yönəltmək, “yaşıl iş yerləri”ni və inkişafı təşviq etmək üçün buradadır. Biz həmçinin COP29-a Sədrlik edən Azərbaycanla, iqlim vədlərini iqlim tərəqqisinə çevirməyə hazır olan hər bir tərəflə və uğurun açarı olan biznes və vətəndaş cəmiyyətinin liderləri ilə tərəfdaşlıq qurmaq üçün burdayıq”,- deyə səfir qeyd edib.

Seçilən
35
50
unikal.az

10Mənbələr