“ABŞ administrasiyası Konqres tərəfindən ayrılmış 6 milyard dollar məbləğində qalan vəsaitin hamısını Ukraynaya göndərməyi planlaşdırır”.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bunu CBS telekanalına deyib.
O qeyd edib ki, prezident Co Bayden bütün vəsaitlərin yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən əvvəl Ukraynaya göndəriləcəyini açıqlayıb.
Sallivan vurğulayıb ki, yaxın 70 gün ərzində Bayden Konqresi və gələcək administrasiyanı Ukraynanı dəstəkləməyin vacibliyinə inandırmağa davam edəcək:
“Ukraynadan çıxmaq Avropada daha da qeyri-sabitlik deməkdir”.
Baydenin səlahiyyət müddəti başa çatdıqdan sonra əlavə vəsait üçün mümkün tələb barədə soruşduqda, Sullivan vurğulaıby ki, konkret təkliflər açıqlanmasa da, Bayden Ukraynaya davamlı dəstəyin zəruriliyini müdafiə edəcək. Onun sözlərinə görə, Ukrayna üçün təhlükə qalmaqdadır və ABŞ Ukrayna və onun müttəfiqləri qarşısında öhdəliklərini davam etdirməlidir.
Musavat.com