AZ

Kazanda yeniyetmələr "Əbədi məşəli" "ləkələyiblər"...

...Kazanda yeniyetmələr “Əbədi məşəli” "ləkələyiblər".

SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

...Yetkinlik yaşına çatmayanlar faşizmə qarşı döyüşlərdə həlak olan əsgərlərin xatirəsinə ucaldılmış abidə kompleksində “Əbədi məşəl”i ləkələyiblər, - deyə məlumatda bildirilir.

İdarənin məlumatına görə, hadisə Qorki parkının yaxınlığında baş verib. Yoldan keçənlər yeniyetmələri videoya çəkə biliblər.

Kadrlarda yeniyetmələrin güldüyü, şəkil çəkdirdiyi, “Əbədi məşəl”in yanında əllərini isitdiyi, sonra alovun söndüyü və dörd azyaşlı oğlanın qaçdığı görünür.

Rusiya Federasiyasının İstintaq Komitəsinin Tatarıstan Respublikasındakı istintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci ("Rusiyanın hərbi şöhrət rəmzlərinin ləkələnməsi") maddəsi ilə cinayət işi açıb. . Yeniyetmələr tapılaraq polis şöbəsinə aparılıb. Yoxlama aparılır, onun nəticələrinə əsasən prosessual qərar veriləcək.

Əli Babayev

Seçilən
71
sia.az

1Mənbələr