AZ

Arvadını öldürən qazaxıstanlı keçmiş nazir həbsxanadan qaçıb?

Qazaxıstan Daxili İşlər Nazirliyinin Cinayət-İcra Sistemi Komitəsi həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzası alan ölkənin keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayevin cəzaçəkmə müəssisəsidən qaçması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib.

“İki sahil” xəbər verir ki, bu barədə “KazTAG” agentliyi məlumat yayıb.

Komitə bildirib ki, sosial şəbəkələrdə məhkum K. Bişimbayevin qaçması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhkum cəzasını ciddi rejimli müəssisədə çəkir.

Qeyd olunub ki, yalan məlumatın yayılması ilə bağlı artıq cinayət işi başlanıb və təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar.

Xatırladaq ki, Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
46
4
ikisahil.az

5Mənbələr