Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Müdafiə Nazirliyindən Day.Az-a bildirilib ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib.
Vəziyyəti kafidir.