Türkiyənin 1-ci liqasında 12-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin komandası “Bandırmaspor” bu turda Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor”u qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Start "11-lik"də yer alan Diniyev 68-ci dəqiqədə əvəzlənib. Vüsal isə bu görüşün iştirakçısı olmayıb.
Hazırda 24 xalı olan “Bandırmaspor” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Boluspor” 18 xalla 18-ci yerdədir.