AZ

Bundesliqa: “Ayntraxt” “Ştutqart”ı səfərdə yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Auqsburq” – “Hoffenhaym” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Ştutqart” – “Ayntraxt” matçında isə qonaqlar qələbə qazanıblar. “Haydenhaym” da doğma meydanda “Volfsburq”a məğlub olub.

Beləliklə, 10 turdan sonra 26 xala malik “Bayern” vahid liderdir. “Leypsiq” 21 xalla 2-ci, “Ayntraxt” isə 20 xalla 3-cü pillədə yer alıb. “Bayer” və “Frayburq”un 17, “Union Berlin” və Dortmund “Borussiya”sının 16, “Verder” və Mönhenqladbax “Borussiya”sının 14, “Maynts” və “Ştutqart”ın 13, “Volfsburq” və “Auqsburq”un 12, “Haydenhaym”ın 10, “Hoffenhaym”ın 9, “Sankt Pauli”nin 8, “Holştayn”ın 5, sonuncu sırada yer alan “Boxum”un isə 2 xalı var.

Almaniya, Bundesliqa
10-cu tur
8 noyabr

Union Berlin – Frayburq 0:0

9 noyabr

Boxum – Bayer 1:1
Qollar: Miyoşi, 89 – Şik, 18.

Maynts – Borussiya (Dortmund) 3:1
Qollar: Li Sunq, 36. Burkardt, 45+3. Nebel, 54 – Girassi, 40.

Sankt Pauli – Bayern 0:1
Qol: Musiala, 22.

Verder – Holştayn 2:1
Qollar: Stage, 36. Burke, 89 – Harres, 48.

Leypsiq – Borussiya (Mönhenqladbax) 0:0

10 noyabr

Auqsburq – Hoffenhaym 0:0

Ştutqart – Ayntraxt 2:3
Qollar: Vaqnoman, 86. Voldemade, 90 – Ektike, 45. Braun, 55. Marmuş, 62.

Haydenhaym – Volfsburq 1:3
Qollar: Pyeringer, 64 – Gerhardt, 3. Dardai, 42. Tomas, 90.

Seçilən
56
1
arena.az

2Mənbələr