AZ

"Formula-1" pilotu süni intellektin idarə etdiyi avtomobillə yarışdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyalı "Formula-1" pilotu Daniil Kvyat Yaponiyada keçirilən "Super Formula" turnirində süni intellektlə idarə olunan avtomobili məğlub edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarış "Suzuka Circuit"də baş tutub.
Yarış zamanı Abu Dabi Sürücüsüz Yarış Liqasının (A2RL) avtomobili fırlanaraq qoruyucu tirə çırpılıb.
Qeyd edək ki, daha əvvəl belə bir yarış 2024-cü ilin aprelində keçirilib. O zaman da Kvyat süni intellektlə idarə olunan avtomobil üzərində qələbə qazanıb.
Xatırladaq ki, Kvyatın 30 yaşı var. 2014-2017 və 2019-2020-ci illərdə "Toro Rosso" və "Red Bull" komandaları üçün "Formula-1"də yarışıb. 2018-ci ildə "Ferrari"də, 2021-ci il mövsümündə isə "Alpin"də ehtiyat pilot olub. Ümumilikdə Kvyat "Formula-1"də 110 yarışa və üç podiuma çıxıb.
Seçilən
20
2
oxu.az

10Mənbələr