İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının şimalına endirdiyi zərbələr zamanı Fələstinin radikal "İslami Cihad" qruplaşmasının əməliyyat qərargahının rəisi Məhəmməd Əbu Sahil öldürüb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Əbu Sahil əvvəllər Qəzza zolağının şimalında Fahed əs-Sabah məktəbi kimi xidmət edən binalar kompleksində tikilmiş komanda-idarə mərkəzinin içərisində məhv edilib.
Həmin şəxs “İslami Cihad” terror təşkilatının sıralarında mühüm fiqur olub, İsrail mülki əhalisinə və Qəzza zolağında fəaliyyət göstərən İsrail qoşunlarına qarşı hücumların və terror aktlarının HƏMAS hərəkatı ilə planlaşdırılmasında, həyata keçirilməsində və koordinasiyasında iştirak edib.