1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Polşanın qərbindəki Poznan şəhərindəki stansiyalardan birində baş verən yanğın bir yük və bir sərnişin olmaqla iki qatara yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə PAP agentliyi polisə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 1000-ə yaxın insan təxliyə edilib, itki barədə məlumat yoxdur.
Məlumata görə, yanğın içərisində elektrik avadanlıqlarının olduğu yük maşınında başlayıb. Daha sonra yaxınlıqdakı qatara keçib və əlaqə şəbəkəsinə ziyan dəyib. Təxliyə edilən sərnişinlərin əksəriyyəti Varşavadan olan "Legia" futbol klubunun azarkeşləri olublar. Onlar Poznanın "Lex" komandasının oyununa gedirdilər.
Agentlik xəbər verir ki, hadisə yerində 20-dən çox yanğınsöndürmə briqadası işləyir, onlar yanğını söndürməyə nail olublar, lakin tüstü sütunları hələ də uzaqdan görünür. Yanğının başvermə səbəbləri araşdırılır.