AZ

A Seriyası: "Roma" uduzdu, "İnter" - "Napoli" matçı heç-heçə yekunlaşdı

İtaliya A Seriyasında 12-ci tur başa çatıb.

Fanat.Az xəbər verir ki,  bu gün 5 görüş reallaşıb.

“Fiorentina” evdə “Verona”nı, “Atalanta” “Udineze”ni məğlub edib. “Roma” öz meydanında “Bolonya”ya uduzubsa, “Latsio” səfərdə “Montsa”ya qalib gəlib. Turun mərkəzi oyununda -  “İnter” -  “Napoli” duelində bərabərlik qeydə alınıb.

Hazırda 26 xala malik “Napoli” vahid liderdir. “Atalanta”, “Fiorentina”, “İnter” və “Latsio”nun 25 xalı var. “Yuventus” 24, “Milan” və “Bolonya” 18, “Udineze” 16, “Empoli” 15, “Torino” 14, “Roma”  13, “Parma” və “Verona” 12 xal toplayıblar.

İtaliya A Seriyası
12-ci tur
7 noyabr

Cenoa Komo 1:1
Qollar: Volyakko, 90+2 – De Kunya, 17.

8 noyabr

Leççe – Empoli 1:1
Qollar:
Pyerotti, 77 – Pelleqri, 33.

9 noyabr

Venetsiya – Parma 1:2
Qollar
: Nikolussi, 5 – Valeri, 17. Bonni, 68.

Kalyari – Milan 3:3
Qollar
: Zortea, 2. Zappa, 53; 89 – Leao, 15; 40. T.Abraham, 69.

Yuventus – Torino 2:0
Qollar
: Vea, 18. K.Yıldız, 84.

10 noyabr

Atalanta Udineze 2:1
Qollar: Paşaliç, 56. Ture, 60-öz qapısına – Kamara, 45+3.

Roma Bolonya 2:3
Qollar: El Şaaravi, 63; 82 – Kastro, 25. Orsolini, 66. Karlsson, 77.

Fiorentina Verona 3:1
Qollar: Kin, 4; 59; 90+2 – Serdar, 18.

Montsa Latsio 0:1
Qol: Zakkayni, 36.

İnter Napoli 1:1
Qollar: Çalhanoğlu, 43 – Maktominey, 23.

 

Seçilən
9
fanat.az

1Mənbələr