“Veqas”ın əvvəlki rekordçusu 514 oyuna çıxan Conatan Marşesso idi. 33 yaşlı Maknebb cari mövsümdə keçirdiyi 12 oyunda bir qol vurub və bir məhsuldar ötürmə verib.
Müasir MHL-in ən parlaq simalarından biri Aleksandr Oveçkin yeni mövsümə yetərincə yaxşı başlayıb. Rusiyalı hücumçu “Neşvill” ilə dünənki oyunda “Vaşinqton”a qələbə qazandıran qolu vurdu – 3:2. 39 yaşlı hücumçu Şimali Amerika liqasında keçirdiyi 1438-ci oyunda qol sayını 861-ə çatdırdı. Cari mövsümdə artıq 8-ci dəfə fərqlənən Oveçkin qol sayında MHL rekordçusu Ueyn Qretskidən (894) 33 qol geri qalır.
Qolla bağlı başqa statistik məqamlar da var. Oveçkin karyerasında 130-cu dəfə qələbə qolunu vurdu. O, bu göstəricidə də MHL tarixinin ikincisidi. Qələbə qollarının sayına (135) görə Yaromir Yaqr liderlik edir. Rusiyalı hücumçu son 5 oyunun hər birində fərqlənib. Bu isə o deməkdi ki, Oveçkin karyerasında 15-ci dəfə 5 qolluq məhsuldar seriya yaxalayıb. “Vaşinqton”un kapitanı bu göstəricidə yalnız Mario Lemye (17) ilə Ueyn Qretskidən (16) geri qalır.
Əfsanəvi Qretski rusiyalı hücumçunun uğurlarına biganə qalmayıb. Kanadalının bununla bağlı açıqlaması:
“Mənə qulaq asın. İndi əsas sual Oveçkinin mənim rekordumu qırıb-qırmayacağı yox, bu hadisənin nə vaxt baş verəcəyidi. Hokkey üçün əlamətdar hadisə olacaq. O artıq illərdi yüksək səviyyəli oyunçu kimi özünü göstərir”.
Qretski onu da bildirib ki, Oveçkin ötən mövsümlərlə müqayisədə səhvləri üzərində işləyir:
“Bu məsələ heç də daim müzakirə olunmasa da, bir məqam aydındı: bütün diqqətlər Aleksandra yönəlib ki, belədə onun həmklublarının işi asanlaşır. “Vaşinqton”un oyununa gəlincə, komanda enerjili görünür. Onların qapıçısı da etibarlıdı. Oveçkinlə yanaşı oynayan gənclər inkişaf edir. Bütün komanda üzvləri ağıllı oynayır. “Vaşinqton” indi qərarlaşdığı yeri haqq edir”.
Yerdən söz düşmüşkən, onu da xatırladaq ki, paytax klubu indiyə qədər keçirdiyi 12 oyunun səkkizində qalib gəlməklə Şərq konfransının turnir cədvəlində 2-ci yeri bölüşür.
5 noyabr
Neşvill – Los-Anceles 0:3 (0:1, 0:0, 0:2)
Edmonton – Nyu-Cersi 0:3 (0:1, 0:1, 0:1)
6 noyabr
Baffalo – Ottava 5:1 (1:0, 1:1, 3:0)
Karolina – Filadelfiya 6:4 (1:1, 2:1, 3:2)
Monreal – Kalqari 2:3 ОТ (0:0, 1:1, 1:1, 0:1)
Toronto – Boston 4:0 (0:0, 2:0, 2:0)
Aylenders – Pittsburq 4:3 Б (0:0, 1:2, 2:1, 0:0, 1:0)
Minnesota – Los-Anceles 1:5 (0:0, 1:2, 0:3)
Sent-Luis – Tampa-Bey 3:2 (0:0, 2:1, 1:1)
Vinnipeq – Yuta 3:0 (0:0, 1:0, 2:0)
Kolorado – Sietl 6:3 (2:1, 2:1, 2:1)
Anahaym – Vankuver 1:5 (1:2, 0:1, 0:2)
San-Xose – Kolambus 2:1 ОТ (0:0, 1:0, 0:1, 1:0)
7 noyabr
Vaşinqton – Neşvill 3:2 (1:1, 1:1, 1:0)
Çikaqo – Detroyt 1:4 (0:1, 1:1, 0:2)
Edmonton – Veqas 2:4 (0:1, 2:0, 0:3)