Bakı. Trend:
Belçika Krallığının Baş naziri Aleksandr De Kro noyabrın 11-dəBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədiləAzərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verirki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı AzərbaycanınBelçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslərqarşılayıblar.