Ağır çəkidə hazırkı UFC çempionu amerikalı Con Cons titulun sabiq sahibi, həmyerlisi Stipe Mioçiç ilə döyüş ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, "YouTube" üzərindən yayımlanan "UFC Eurasia" kanalına danışıb:
"Rəqibinin ürəyini çıxardıb bütün dünyanın gözü qarşısında yemək xüsusi hərəkətdir. Oktaqonda üz-üzə gəldiyin adamı dərin sularda boğmaq vaşqa zövqdür. İndi mən Mioçiçin ürəyinin dalınca gedirəm".
Xatırladaq ki, Cons və Mioçiç UFC 309 turnirində qarşılaşacaqlar.
Nihat