AZ

Şanlı tariximizin unudulmaz səhifəsi » AzadMedia.az


Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 8 noyabr tarixində Zəfər parkının açılışındakı çıxışında qeyd etmişdir ki, “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”.

Beynəlxalq hüquqla tanınan ərazilərimizin otuz ilə yaxın bir müddətdə işğal altında olmasına baxmayaraq, xalqımız heç zaman bu faktla razılaşmamışdır. Xatırlatmaq lazımdır ki, hələ 2003-cü ildə Dövlət Başçısı bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyümüz bərpa ediləcək və ölkənin suverenliyi məsələləri danışıqlar mövzusu olmayacaq. Qısa müddət ərzində təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş güclü ordu quruculuğu prosesi hayata keçirilərək, Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika ilə təchiz edildi, bütün qoşun növləri XXI-çi əsrin müharibə strategiyası və taktikasını mənimsədi. İkinci Qarabağ müharibəsinin gedişi və nəticələri bir daha sübut etdi ki, Azərbaycan Ordusu yeni nəsil hərbi əməliyyatlar keçirərək, döyüş meydanında düşməni darmadağın etdi və Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Azərbaycanın Böyük Zəfəri xalqımızın tarixi yaddaşına qızıl həriflərlə həkk edilib və heç zaman unudulmayacaq. Prezident İlham Əliyevin dediyi kimi, “bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”.

Seçilən
20
1
azadmedia.az

2Mənbələr