AZ

Politoloq Ülkər Piriyeva: Düşmənə qorxu, Dosta güvən verən “Azərbaycan bayrağı” » AzadMedia.az




Bakı, 9 noyabr — Azadmedia.az


Nə zaman özünü yalnız hiss etsən, o zaman bayrağının kölgəsinə sığın. Onda başa düşəcəksən ki, sən tək deyilsən və arxanda bütöv bir millət var!
Beləliklə, həyatdakı ən böyük ailən eyni torpağı paylaşdığın millətindir. Səni və millətini də bir araya gətirən, məhz səmalarda qürurla dalğalanan o Üçrəngli bayrağındır!

Üçrəngli Bayrağımız qürur mənbəyimizdir, dövlət rəmzlərimizdən biridir. Qeyd edim ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Dövlət bayrağımızı səciyyələndirən Ümummili Liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
Hesab edirəm ki, 44 günlük Zəfər Tariximizi yazan Azərbaycan gəncliyi bu ali ifadənin anlamını dərk edərək bayrağımıza olan sevgini əməli ilə ortaya qoydu..
Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyində öz sözüne Dəmir Yumruqla döyüş meydanında dedi.
Böyük fərəh hissi ilə vurğulaya bilərəm ki, hər bir əsgərimizin, vətəni ilə qürur duyan hər bir azərbaycanlının arzusu azad olunmuş torpaqlarımıza yenidən Azərbaycan bayrağını sancmaq idi.. Bunu etdik də.. Bəli, biz 30 illik ayrılıqdan sonra doğma Qarabağ torpaqlarına qayıtdıq. Artıq Üçrəngli müqəddəs bayrağımız hər bir qarış torpağımızda qürurla dalğalanır.
Üçrəngli  bayrağımız dövlətimizin suverenliyinin və müstəqilliyinin rəmzidir. Əlbətdə ki, bayraq tarixən hər bir xalq üçün müqəddəs, əvəzedilməz olub. İnsanlar öz dövlət bayraqlarına hər zaman sayğıyla yanaşıblar.  Məhz, buna görə də, bayraq xalqlar üçün həmişə müqəddəs hesab edilib. Elə bu anlamda ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir. Həmçinin qəhrəmancasına keçib gəldiyimiz yola, tarixə qısa nəzər salmaq imkanıdır. Eyni zamanda, bayraq bizim müstəqilliyimizi, suverenliyimizi dərk etməyimiz, onun qiymətini bilməyimiz baxımından hər zaman baş tacı etdiyimiz, tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır. 

Azərbaycan Xalqı son iki əsrdə bu qədər sevinc və qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Belə ki, əziz Şuşamızın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi, ölkədə bayram bayrama qarışdı. Məhz həmin gün, Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Sözsüz ki, bu önəmli və şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yazdı.

Bu gün Bakıda, Dövlət Bayrağı Meydanında Azərbaycanın 106 yaşlı üçrəngli bayrağı dalğalanır, ən ucalıqda, dünya miqyasında bənzərsiz ucalıqda. Səkkizbucaqlı, ulduzlu hilalımız artıü 20 ildən çoxdur ən mötəbər beynəlxalq qurumların qarşısında bütün dövlətlərin bayraqları ilə eyni sıradadır. Qeyd edim ki, Bayrağımızın yaranmasının və dalğalanmasının artıq 106-cı  payızıdır. Millətimiz 106 il öncə başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün dəfələrlə ağır sınaqlarla üzləşdi və qalib gəldi.

Bu gün, Üçrəngli bayrağımızın Bayraq Meydanında yenidən dalğalanması xalqımızın milli qürur simvoludur və bu simvolik məkanın təntənəli şəkildə ölkə başçımız və xanımı tərəfindən yenidən açılışı bayrağımızın möhtəşəmliyinin ali təcəssümüdür..
Seçilən
4
1
azadmedia.az

2Mənbələr