Avropa Liqasının əsas mərhələsinin 4-cü turunun “Ayaks” – “Makkabi” (Təl-Əviv) matçından sonra iğtişaş baş verib.
Niderland mətbuatının məlumatına görə, naməlum maskalı şəxslər israilli azarkeşlərə hücum etməyə cəhd ediblər. Amsterdam polisi iğtişaşlardan sonra 62 nəfərin saxlanıldığını və azı 10 israillinin yaralandığını bildirib.
Amsterdamda keçirilən oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnib. “Ayaks” bu qələbə ilə hazırda Avropa Liqasında 4 oyuna 10 xalla 2-ci yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta