“Mançester Siti”nin ulduzu Erlinq Haland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Sportinfo.az xəbər verir ki, hücumçu buna 11-ci turda “Brayton”la oyunda fərqlənməklə nail olub.
23-cü dəqiqədə adını tabloya yazdıran forvard Premyer Liqa tarixində 75 qola ən tez çatan oyunçudur. Norveçli futbolçu bunu 77 matçda bacarıb.
“Mançester Siti” səfərdə “Brayton”a uduzub – 1:2.