AZ

Şolts "doğru zaman" axtarışında

"Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı üçün “doğru zaman” tezliklə gələcək".

Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şols ARD kanalına müsahibəsində deyib.

Alman siyasətçi dəfələrlə “doğru vaxt” gələndə Rusiya lideri ilə telefonla əlaqə saxlanılacağını deyib. Müsahibədə ondan belə bir məqamın nə vaxt olacağını soruşublar. Kansler isə "tezliklə" deyib.

O əlavə edib ki, belə bir söhbətdən əvvəl onun uzun müddətdir iştirak etdiyi çoxsaylı təmaslar olmalıdır.

Oktyabrın 1-də “Die Zeit” qəzeti Almaniya hökumətindəki mənbələrə istinadla yazıb ki, ölkə kansleri Rusiya lideri ilə danışmaq istəyir.

Seçilən
19
publika.az

1Mənbələr