AZ

Cordanın əşyaları 8,5 milyon dollara satıldı

Amerikalı basketbolçu Maykl Cordana məxsus beş əşya hərracda 8,5 milyon dollara satılıb.

Bu haqda xəbər Nyu-Yorkdakı “Sotheby's” hərracının saytında yer alıb.

Xəbərdə o da qeyd olunur ki, ikqat olimpiya çempionunun ən dəyərli əşyası 1996/97 mövsümündə geydiyi “Çikaqo” forması olub. Adı açıqlanmayan müştəri həmin forma üçün 4,7 milyon dollar ödəyib. Hərracın bölmə müdiri Bram Uotçerin fikirləri:

“Bu forma yalnız Maykl Cordanın şöhrətinin və ustalığının zirvəsində olmasının rəmzi deyil, həm də basketbol tarixinin dönüş anından qalan nişanədi”.

Hərracda “Drim-tim” üzvlərinin imzaladığı, 1992-ci il Olimpiadasının mükafatlandırma mərasimindən qalan ABŞ bayrağı (1,8 milyon), 1988/89 mövsümünə aid forma və tuman (1,08 milyon), 1997/98 mövsümünün pley-offunun ilk mərhələsinin ilk oyununda geyilən forma (840 min), Mayklın Şimali Karolina Universitetinin komandasında çıxış edərkən geydiyi imzalı forma və idman ayaqqabısı (132 min) da sahibini tapıb.

Xatırladaq ki, Cordan möhtəşəm karyerasını 2003-cü ildə - 40 yaşında bitirib. O, altıqat MBA çempionu, MBA finallarının altıqat MVP-sidi.
Seçilən
100
football-plus.az

1Mənbələr