AZ

Yaponiya hökuməti növbədənkənar seçkilərdən sonra istefa verib

Bakı. Trend:

Yaponiya hökuməti, Şiqeru İşibanın rəhbərlik etdiyi kabinetoktyabrın 27-də keçirilmiş növbədənkənar seçkilərin ardından başnazir üçün parlamentdə (Diet) keçiriləcək xüsusi səsvermədən əvvəlistefa verib.

Trend-inməlumatına görə, bu seçkilərdə Liberal Demokrat Partiyası (LDP) vəKomeito Partiyasının hakim koalisiyası aşağı palatada çoxluqdanməhrum olub. Bununla belə, müxalifət arasında birlik olmadığı üçünİşibanın yenidən baş nazir seçiləcəyi və azlıq hökuməti qurulacağıgözlənilir.

İşiba seçilərsə, yeni administrasiyasını oktyabrın 1-dən işəbaşlayan birinci hökumətinin ardınca ikinci dəfə təşkil edəcək.Seçkilərdə mandatlarını yenidən qazana bilməyən nazirlər istisnaolmaqla, hökumətin əsas tərkibinin dəyişməz qalacağı bildirilir. Buçərçivədə, Keyosuke Suzuki ədliyyə naziri, Taku Eto isə KəndTəsərrüfatı naziri vəzifəsində qalacaq. Komeito Partiyasınınnümayəndəsi Hiromasa Nakano isə dövlət torpaqları, infrastruktur,nəqliyyat və turizm naziri vəzifəsini tutacağı gözlənilir.

Günün ikinci yarısında yeni hökumətin tərkibi imperator Naruhitotərəfindən təsdiqlənəcək.

Seçilən
89
az.trend.az

1Mənbələr