AZ

“Bavariya” yanvarda yeni oyunçu alacaq

“Bavariya” gələn ilin yanvarında heyətinə yeni futbolçu cəlb edəcək.

İnsader Fabritsio Romanonun məlumatına görə, Almaniya klubu “Los Anceles”in yeniyetmə futbolçusu Bajinq Darbo ilə razılaşıb. Münhen təmsilçisi 18 yaşlı vingerlə qış “transfer pəncərəsi” zamanı müqavilə bağlayacaq. Bu transferin “Bavariya”ya 1 milyon dollara başa gələcək.

Qeyd edək ki, “Los Anceles”in əsas komandasında debüt etməyən Darbo ABŞ-nin U-17 yığmasında 2 oyun keçirib.

Seçilən
61
football-plus.az

1Mənbələr