"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi XIII turda "Zirə" ilə üz-üzə gəlib.
⁷Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:0. 2-ci dəqiqədə Mateuş Silva hesabı açıb. 52-ci dəqiqədə Yassin Benziya penaltini dəqiq yerinə yetirib.
60-cı dəqiqədə Bəhlul Mustafazadə fərqi daha da artırıb. Səkkiz dəqiqə sonra Aleksey Kaşuk dördüncü qolu vurub.
Hazırda lider olan "Qarabağ" xallarının sayını 31-ə çatdırıb. Paytaxt klubu 20 xalla 4-cü pillədə qərarlaşıb.