Bakı. Trend:
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verirki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Finlandiya PrezidentiniAzərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmişəxslər qarşılayıblar.