AZ

Tramp Stefanikə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsini təklif edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının üzvü Eliz Stefaniki administrasiyası dövründə Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsini tutmağa dəvət edib.

APA xəbər verir ki, bu barədə CNN telekanalı xəbər verib.

Telekanal qeyd edir ki, 40 yaşlı Stefanik Konqresin aşağı palatasındakı ən yüksək vəzifəli respublikaçı nümayəndələrdən biri olmaqla yanaşı, həm də Trampın etibarlı müttəfiqidir. O, Harvard Universitetini bitirib.

Qeyd edək ki, 25 fevral 2021-ci il tarixindən etibarən Linda Tomas-Qrinfild ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışır.

Seçilən
15
4
apa.az

5Mənbələr